Manşet

Gəncədə Yunis Səfərova dəstək mitinqi dağıdıldı: XƏSARƏT ALAN POLİSLƏR VAR

reklam...

Gəncədə Yunis Səfərova dəstək mitinqi dağıdıldı: XƏSARƏT ALAN POLİSLƏR VAR
Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.

Sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində aksiyanın qarşısı alınıb.

Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir.

Qeyd edək ki, aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd təşkil etmiş Yunus Səfərova dəstək məqsədi ilə keçirilirdi.

Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close