Manşet

Bakıda mitinqə görə \”saxlananlar var\”

Bakıda mitinqə görə "saxlananlar var"BBC News Azərbaycancanın müxbirinin verdiyi məlumata görə, mitinqə görə artıq \”saxlananlar var\”.

Müxbirimiz bildirir ki, hüquq-mühafizə orqanları mağazalardakı insanlara tez çıxıb getməyi, küçədə dayanmamağı – ya evlərinə, ya da ofislərinə getməyi məsləhət görür.

Bundan başqa müxbirlərimiz Bakının Heydər Əliyev adına sarayın yanından 28 may metro stansiyasına gedən bəzi küçələrin bağlı olduğunu və avtomobillərin buraxılmadığını görüb.

Həmin yollardakı Yol Patrul Xidmətinin əməkdaşları əraziyə daxil olmaq istəyən sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür.

BBC News Azərbaycancanın müxbiri Mərkəzi bank, 28 Mall ticarət mərkəzi və ətraf küçələrdə polis avtobuslarının və çox sayda polis qüvvələrinin gözlədiyini müşahidə edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close