Manşet

Bakı polisi bu qadına görə səfərbər oldu: MƏKTƏBİN QARŞISINDAN UŞAQ OĞURLAYIR – FOTO

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

“Savaş”-ın məlumatına görə, İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb:

“Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.

Xatırladaq ki, “whatsapp” sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close