Manşet

ŞOK: Rauf Arifoğlu qalib elan olunduğu dairədə nəticələrin ləğvini tələb etdi

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu 35 saylı Xətai üçüncü seçki dairəsində seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı çağırış edib.

Xatırladaq ki, bundan əvvəl MSK səslərin ilkin nəticələrinə istinad edərək Rauf Arifoğlunu bu dairədə qalib elan etmişdi. Onun əsas rəqibi, “Ümid” Partiyasının sədri İqbal Ağazadə nəticələrlə razılaşmayıb, ümumi saxtalaşdırmanın aparıldığını bildirmişdi.

İqbal Ağazadə ən azı 22 seçki məntəqəsində qalib gəldiyinə dair sübutlarının olduğunu söyləyərək ölkə prezidentinə, baş prokurora və MSK-ya müraciət edib.

Bu gün Rauf Arifoğlu “Facebook” səhifəsindən MSK-nı dairədəki səsvermənin nəticələrini ləğv etməyə və yenidən seçki keçirməyə çağırıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close