Manşet

NARAZILAR İCAZƏSİZ MİTİNQ QƏRARI VERDİ – İlqar Məmmədovdan açıqlama

Seçki nəticələrindən narazı qalan deputatlığa namizədlərin etiraz aksiyası Lökbatanda yox, Bakının mərkəzində keçiriləcək.

“SAVAŞ”-ın məlumatına görə, bu haqda ReAl sədri İlqar Məmmədov məlumat verib. Onun sözlərinə görə indiki halda Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi məkanla razılaşamaq mümkün deyil:

“Lökbatanda aksiyanın keçirilməsində bir qəbahət olmasa da, biz orada aksiya keçirməyəcəyik. Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevral dinc etiraz mitinqimiz MSK-nın qarşısında olacaq. Bakı şəhər icra hakimiyyəti sərbəst toplaşmaq haqqımızı bu bir neçə gündə kobudcasına pozmuşdur. Baxamayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi 16 fevral 2020-ci il tarixində saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçircəyik (Azadlıq metro stansiyasının yaxınlığında). Bu barədə Bakı şəhər icra hakimiyyətini də xəbərdar etdik”.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti sözügedən aksiyanın keçirilməsi üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazası”nı təklif edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close