Manşet

“Deyirlər ki, guya həyat yoldaşımın hesabına…” – MÜBARİZ MƏNSİMOV QƏZƏBLƏNDİ

reklam...

“Bəzən mənim gəmilərdə aşbaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam”.

Bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

“Birincisi, heç vaxt aşbaz işləməyimdən utanmamışam və bunu həmişə hər yerdə açıq demişəm. Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, Palmali ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalarla sinə gərərək uğurlar əldə etmişik. Millətin cibinə girmədik, oğurluq etmədik. Vətənimin, xalqımın sərvətini talayıb özümüzə var-dövlət yığmadıq. Dövlət sizə kürsü verdi, siz isə onu atanızın malı kimi istifadə etdiniz. Bunun hesabını verəcəksiniz. Gec yox, tez bir zamanda. Çox az qalıb. Məni fetöçu-metöçu, belə şərəfsizliklərlə şərləyənlər: öz gününüzü düşünün. Sizin dosyeləriniz getdikcə şişir. Partlayışa az qalıb. Görün, başqa nə uydurma mənə yapıştıra bilərsiniz? Xalq hər şeyi görür və hər şeyin fərqindədir. İki şeyə öz adınız kimi əmin olun. Birincisi, bir gün dövlətin də, xalqın da, ən nəhayət, Allahın da qarşısında cavab verəcəksiniz. İkincisi, siz artıq indidən hamının nifrətini qazanmısınız. Sual: sizə nifrət edənlərə nə cavab verəcəksiniz? Mən isə, gəldiyim yeri bildiyim kimi, getdiyim yeri də çox gözəl bilirəm. O yerlərə şərəfsizləri buraxmırlar. Bunu da biləsiniz” – M.Mənsimov qeyd edib.

Savash.org

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close