Manşet

Zərdabda “Azadlıq” şüarları: POLİS AKSİYANIN QARŞISINI ALDI – Video

Zərdabda bir qrup sakin örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz olaraq aksiya keçirib.

Savash.org-un xəbərinə görə, rayonun Çallı kənd sakinləri məmurlar tərəfindən zəbt olunan örüş yerlərinin qaytarılmasını tələb ediblər.

Yolu bağlayan aksiyaçıların qarşısına çıxan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb, onların şikayətini dinləyib. M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan sözügedən aksiya ilə bağlı bildirilib ki, Zərdab rayonunun Çallı kəndində keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb.

Savash.org aksiyadan görüntüləri təqdim edir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close