Manşet

KORONAVİRUS ŞÜBHƏSİ: Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirildi

İranda koronavurusun qeydə alındığı ərazilərdə olmuş 23 nəfər müayinə üçün Azərbaycanın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, rəsmi məlumatda deyilir.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə açıqlamasına əsasən, müayinə vaxtı 2 nəfərin hərarəti normadan “bir qədər yüksək” olub.

“Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək”, – birgə açıqlamada deyilir.

İranda koronavirusdan ölüm sayı 15-ə çatıb, rəsmi mənbələr bildiriblər.

Azərbaycan İranla sərhədini bağlamayıb.

Bundan əvvəl İrandan Azərbaycana gələn 8 nəfərin xəstəxanaya yerləşdirildiyi xəbər verilib.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, son iki gündə 6 nəfər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə və 2 nəfər isə xüsusi ayrılmış tibb müəssəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, həkim müşahidəsinə götürülən şəxslər İran vətəndaşlarıdır: “19-21 yaşda olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Həkim müşahidəsinə götürülənlərdən 3 nəfərin vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var, onlar İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar”.

Qurumun açıqlamasına görə, onlardan altısı həkim müşahidəsi altındadır, ikisi isə xüsusi ayrılmış tibb müəssəsinə yerləşdirilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close