Manşet

Məktəblər bağlanacaq? – TƏHSİL NAZİRLİYİNDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov koronavirus təhlükəsiylə əlaqədar təhsil müəssisələrində dərslərin qeyri – müəyyən müddətə təxirə salınmasını təklif edib.

Ekspert uşaqların qorxulu virusdan qorunması üçün bu addımın qaçılmaz olduğunu bildirib.

Qeyd edək ki, valideynlər də sosial şəbəkələrdə məktəblərin bağlanılmasıyla bağlı arzularını dilə gətirir, müxtəlif paylaşımlar edirlər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Yeni Sabah”a açıqlamasında bu məsələnin onların səlahiyyətində olmadığını deyib:

“Məktəblərin bağlanılması Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Bu problem mənim, yaxud hansısa ekspertin məsləhət verməsi ilə öz həllini tapa bilməz. Nazirlər Kabinetinin aidiyyatı komissiyaları məsələni müzakirə edib, müvafiq qərar qərar qəbul etsə, biz həmin qərarı icra edəcəyik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close