Manşet

“Ölməzdən əvvəl ağlayaraq bizə yalvarırlar…” – İTALİYALI HƏKİM KORONAVİRUSU ANLADIR

“Reanimasiyalar dolub, oksigen maskaları qızıldan daha dəyərlidir”.

“Ölkəmizdə böyük bir tragediya yaşanır. Yaşlı xəstələr ölməzdən əvvəl ağlayaraq bizə yalvarır, ən yaxınları ilə vidalaşmaq istəyirlər. Təkbaşına ölmək istəmirlər. Qohumları ilə kamera vasitəsilə vidalaşırlar. Ölməzdən əvvəl şüurları yerində olur, komaya girmirlər, can verirlər, boğulurlar və hər şeyin fərqindədirlər”.

“MediaPost”un xəbərinə görə, bunu Humanitas “Gavatseni” xəstəxanasının həkimi Daniel Maşini qeyd edib. O, pandemiyanın təhlükəsinin miqyasını başa salmaq üçün başına gələnləri qələmə alıb:

“Adətən, ər-arvad eyni gündə ölürlər. Uşaqları, nəvələri uzaqdadır. Bu xəstəlik qripdən çox ağır keçir. İnanın ki, çox fərqlidir. Xahiş edirəm, ona qrip deməyin. Xəstələr ən azı 7-10 gün evdə qalır, kimlərəsə yoluxdurmaq istəmirlər. Temperaturları çox yüksəkdir. Ağırlaşan kimi gəlirlər, çünki boğulma hissinə dayana bilmirlər.

İtaliyalı həkimin qeydləri: Evə gedə bilmirik, ağlayaraq bizə yalvarırlar...

Bu virus üçün dərmanlar çox azdır. Biz sadəcə, kömək etməyə çalışırıq. Amma hər şey xəstələrdən asılıdır. Tez və ya gec gəlmələri heç bir şeyi dəyişmir. Sonluq eynidir. Yaşlılar dayana bilmir. Hər kəsi xilas edə bilməyəcəyimizin fərqindəyik. Aparatlar yalan demir. Təcili şəkildə yeni çarpayılara ehtiyac var. Xəstəxanalara axın edirlər.

Hər kəsə eyni prosedurlar tətbiq edilir. Xahiş edirəm, deyin, hansı qrip bu tragediyaya səbəb ola bilər? Qrip bu qədər yoluxucu deyil və çox nadir hallarda pnevmaniyaya çevrilir. Bu virus isə inanılmaz dərəcədə yoluxucudur. Gənc insanlarda adi bir qrip kimi keçən xəstəlik yaşlılarda fərqli keçir.

Ölkəmizdə yaşlı insan çoxdur və 65 yaşdan yuxarı insanların demək olar ki, hamısının xroniki (diabet, yüksək təzyiq) xəstəliyi var. Təəssüf ki, ağır xəstə olan gənclər də var. Testlərin nəticələri ard-arda pozitiv gəlir. Bütün xəstələrin sənədlərində eyni şikayətlər – yüksək temperatur, nəfəs darlığı, öskürək, boğulma hissi – yazılıb.

Reanimasiyalar dolub, oksigen maskaları qızıldan daha dəyərlidir. Artıq xəstəxanalarda əməliyyat edilmir, hər yer reanimasiyaya çevrilib”.

İtaliyalı həkimin qeydləri: Evə gedə bilmirik, ağlayaraq bizə yalvarırlar...

D.Maşini xəstəliyin təhlükəsinin gizlədilməsinin insanların yoluxma riskini artırdığını bildirib:

“Hamımız çox yorğunuq, kimsə dayanmaq istəmir. Hər kəs gecə yarılarına qədər xəstəxanalardadır. İki həftədən çoxdur ki, evə getmirəm. Ailəm üçün çox narahatam. Mənə yoluxsa, onlara və yaşlı qohumlarımıza da keçə bilər. Övladımı kamera vasitəsilə görürəm.

Bizim də, sizin də günahımız yoxdur. Xəstəliyin bu qədər təhlükəli olduğunu bizə deməyənlər günahkardır. Bizdən gizlətdilər, tədbir görülmədi, gecikdilər.

Xahiş edirəm, vacib olmadıqca evlərinizdən çıxmayın. Mümkün qədər marketə alış-verişə getməyin. Çünki hər kəs ilk olaraq ora gedir. Xəstə şəxslərlə orda rastlaşmağınız ehtimalı böyükdür. Marketlərə bağlanmağa az qalmış gedin.

Bəzi xəstələrə yardım edə bilməsək də, son dəqiqələrinə qədər yanlarındayıq. Biz həkimlər daimi risk altındayıq. Ən ağır xəstəni müalicə edə bilməsək də, ən azından ağrılarını azaltmağa çalışırıq. Sıxlıq yerlərdən uzaq durun. Yaşlı insanlara rəhminiz gəlsin. Siz bizdən daha çox həyat xilas edə bilərsiniz”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close