Manşet

Məhkəmə Mənsimov haqda həbs qərarı verdi, menecerini SƏRBƏST BURAXDI

reklam...

Tükiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov və meneceri Nuray Nurcihan Perker dünən axşam saatlarında məhkəməyə aparılıb.

“Qafqazinfo”nun “Milliyət”ə istinadən məlumatına görə, hər iki şəxs İstanbul Ədliyyə Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məhkəmə “Palmali” şirkətlər qrupunun prezidenti barəsində həbs qərarı verib. Şirkətin meneceri Nuray Nurcihan Perker sərbəst buraxılıb.

Xatırladaq ki, M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Həmin gün iş adamına məxsus evlərdə axtarış aparılıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close