Manşet

Postlarda yoxlayacağıq, rayon adamları Bakıya buraxılmayacaq – DYP RƏSMİSİ

Koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Report”un suallarını cavablandırıb. BDYPİ sözçüsü ilə müsahibəni təqdim edirik:

– Kamran müəllim, martın 19-dan martın 29-dək Bakı şəhərində qeydiyyatda olan avtomobillər şəhərdən sərbəst olaraq çıxıb, daha sonra geri qayıda bilərmi?

– Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan maşınların giriş-çıxışına icazə veriləcək.

– Bəs Bakı qeydiyyatında olan avtomobillər respublikanın hər hansı bir rayonuna gedib qayıda bilərmi?

– Əlbəttə, gedib qayıda biləcək.

– Belə başa düşülür ki, Bakı qeydiyyatında olan avtomobili idarə edən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər də rayona gedib qayıda biləcəklər…

– Xeyr! Məlumatda da qeyd edilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan edilir.

– Kamran müəllim, bəs şəxsi avtomobillərində sərnişin aparıb-gətirənlər necə tənzimlənəcək?

– Həmin avtomobil sürücülərinin Bakıya gətirdiyi şəxslər postlarda yoxlanılacaqlar. Paytaxt qeydiyyatında olanlar şəhərə buraxılacaq. Qeydiyyatda olmayan sərnişinlər isə Bakıya buraxılmayacaqlar.

– Elə şəxslər var ki, rayon qeydiyyatındadı, lakin hazırda Bakıda işləyirlər. Yaxud da paytaxtda müvəqqəti qeydiyyatda olan məcburi köçkünlər həmin müddətdə rayona gedib gələ biləcəklərmi?

– Əgər həmin şəxslər rayon qeydiyyatındadırlarsa, onda onların Bakıda qalması məsləhətdir. Nə ehtiyac var gedib-gəlməyə? Karantin elan edilibsə, ciddi rejimdirsə, bunu başa düşmək lazımdır. Çünki virusun yoluxma ehtimalı çoxalır. Gərək insanlarımız da bunu başa düşsünlər. Bu qərar insanlarımız üçündür. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close