Manşet

KORONAVİRUSA GÖRƏ TƏCİLİ QƏRAR: Bir gecədə Azərbaycana gətirildi

Koronavirusun yayıldığı ilk vaxtlardan Azərbaycan hökuməti qabaqlayıcı tədbirlərə start verdi.

“SAVAŞ” ATV-yə istinadla xəbər verir ki, ilk olaraq sərhəd keçid məntəqələrində və aeroportlardan ölkəyə daxil olan hər bir vətəndaş yoxlanıldı. Virusun geniş yayıldığı zamanlarda isə sərhədlər bağlandı. Gediş-gəlişə qadağa qoyuldu.

Millət vəkili Qənirə Paşayeva bildirir ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün dövlət mühüm addımlar atır, hətta bu baxımdan bir sıra ölkələri qabaqlayırıq.

Millət vəkili Rəşad Mahmudov isə bildirib ki, bu gün dünyada bəlli avadanlıqlara əlçatanlıq çox çətindir:

“Bütün dünya ölkələrinin bu avadanlıqlara ehtiyacı var. Bu məqamda cənab prezidentin şəxsi təşəbbüsü ilə bir gecədə 200 süni tənəffüz aparatının əlavə olaraq ölkəyə gətirilməsi biz səhiyyəçiləri rahatlatdı”.

Koronavirusun yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçirilir, zərurət yarandığı halda 14-28 günlük karantin rejimində saxlanılır.

Bu məqsədlə 7 səhiyyə ocağı ayrılıb. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib.

Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. Bundan başqa xəstəxanalar çox tez bir zamanda ən müasir və qiymətli tibbi avadanlıqlarla təchiz olunub.

Yeri gəlmişkən, 1 saylı kliniki tibbi mərkəzin laboratoriyasında da Almaniya istehsalı olan yeni avadanlıqar quraşdırıldı. 3 hissədən ibarət və hər bir hissəsinin özünəməxsus funksiyası olan bu aparatlar 96 nümunəni eyni anda hazırlaya bilir və buna cəmi 4 saat vaxt sərf olunur.

Laboratoriyada təcili hallar üçün də aparatlar mövcuddur. Belə ki, yeni cihazlar vasitəsilə istənilən nümunənin nəticələrini 70-75 dəqiqə ərzində almaq mümkündür.

Bu arada Heydər Əliyev Fondu koronavirusla mübarizə üçün xaricdən tibbi ləvazimatlar gətirib. Bu addım infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən gətrilən tibbi ləvazimatlar, o cümlədən xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close