Manşet

“Tibbi maskaların heç bir xeyri yoxdur, ölən öləcək…” – Rəşid Mahmudov

Son ayların ən aktual mövzusu dünyaya meydan oxuyan COVID-19(coronavirus) ilə bağlı getdikcə daha çox bilgilər əldə olunur və mətbuat vasitəsilə insanlara çatdırılır. Amma bəzi insanlarda bu virusa yoluxma qorxusu isteriya halını alıb. Təbii ki, düzgün maarifləndirmə olmasa, bu isteriya kütləvi hal ala bilər, bu isə insan cəmiyyəti üçün sözügedən virusdan daha böyük təhlükədir.

Yer kürəsində saysız-hesabsız viruslar var, bunların arasında daha passivlərinə və daha aktivlərinə rast gəlinir. Amma COVID-19(coronavirus) insanlar üçün xüsusi təhlükə mənbəyi olan aqressiv viruslardandır.

Bəs bu virusu belə təhlükəli və qorxunc edən nədir?

“SAVAŞ” xəbər verir ki, sfera.az bu və digər suallara cavab almaq üçün  tanınmış fizioloq, tibb elmləri namizədi Rəşid Mahmudova müraciət edib.

Həmin müsahibəni təqdim edirik:

– Rəşid müəllim, COVID-19(coronavirus) günümüzün bəlasına çevrilib. Sizcə, bu virusu belə təhlükəli edən nədir?

– Sözügedən virus ona görə çox təhlükəlidir ki, bu virusun bizə məlum olan  6 növü var, amma bu növü təzədir, bu üzdən insan orqanizmi onunla mübarizə aparmağa, ona müqavimət göstərməyə hazır deyil. Çox guman ki, COVID-19 baktereoloji silah kimi istifadə olunur. Bu virusun tərkibində digər virusların 40-dan çox DNT zənciri var. Bu düzəltmə virusdur.

Elə bil ki, bir balona çoxlu sayda virus salınır, onlardan ən aktivləri qalır, zəifləri isə məhv olur. O üzdən bu virusu öldürmək, ona qarşı vaksin hazırlamaq  elə də asan deyil. Onu yalnız günəş şüası-ultrabənövşəyi şüa öldürür.

– COVID-19(coronavirus) –un yüksək hava temperaturuna davam gətirmədiyi bildirilsə də, bu gün tropik və subtropik iqlim qurşağında yerləşən ölkələrdə də bu virusa yoluxan insanlar haqda məlumat yayılır. Bəs bu nə ilə əlaqədardır?

– Virusu öldürən yüksək hava temperaturu deyil, söhbət günəşin ultrabənövşəyi şüasindan gedir. Bu şüanı günəş səhər saat 06-dan 11-ə və axşam saat 17-dən 19-a qədər  qədər  yer üzünə buraxır. Hansı evə gün düşmürsə, o evdə hər cür mikrob var, demək hər cür xəstəlik də ola bilər.  Bu üzdən xanımlar  paltarları, yataq dəstlərini ildə bir neçə dəfə günə verməlidirlər. Yalnız bu yolla mikroblara qalib gəlmək mümkündür.

Heç kəs düşünməsin ki, qəbul edilən antibiotiklər, havaya səpilən dərmanlar ətradfakı mikrobları öldürür. Onların heç biri mikrob-filan öldürmür, sadəcə həmin dərmanlar duz kimi mikrobların ətrafına yığılıb  onları süstləşdirir və artıb çoxalmalarının, hərəkət etmələrinin  qarşısını alır. Sonra da bizim leykositlərimiz onları udub yeyir. Sözüm odur ki, dərman mikrobları məhv etmir, mikrobları təbiət yaradır, təbiət (Yaradan) də məhv edir.

– Elə isə havalar isinəndə adıçəkilən virusun məhv olacağına ümid edə bilərik?

– Havaların isinməsi ilə bu virusun kökü tam kəsilə bilməz. Çünki insandan insana, orqanizmdən orqanizmə fərq var. Təbii ki, dediyim saatlarda açıq havada olan, ultrabənövşəyi şüalı havanı doya-doya ciyərlərinə çəkən insanlar bu virusa yoluxmaq təhlükəsindən birdəfəlik qurtulacaq. Amma  xəstəlikdən qorunmaq məqsədilə evdən bayıra çıxmayan, təmiz havada olmaqdan qorxanlar  hər an nəinki koronavirusa, istənilən virusa yoluxmaq təhlükəsi ilə üz-üzə olacaq.

– Bəs tibbi maskalar koronavirusdan qorunmaqda nə dərəcədə effektlidir?

– Maskaların heç bir effekti yoxdur. Onlardan yalnız xəstə insanlar istifadə etməlidir, sağlamlar üçün isə bunun heç bir xeyri yoxdur.

İnanın ki, narahat olmağa dəyməz. Hər şey çox gözəl olacaq. Ölən öləcək, qalan qalacaq. Amma insanlarda böyük bir mədəniyyət yaranacaq. Daha kişilər kişilərlə öpüşməyəcək, insanlar şəxsi gigiyena qaydalarına riyaət edəcək. Əmin olun ki, bundan sonra cəmiyyətdə çox böyük inkişaf baş verəcək.

Bu virus həm də Tanrının insanlara bir mesajıdır. Tanrı deyir ki, baxın, mənim nə topum var, nə də tüfəngim, amma istəsəm, hamınızın kökünüzü kəsərəm. Görürsünüz, evdən bayıra çıxmağa qorxursunuz. Nicat tapmaq istəyirsinizsə, Tanrını tanıyın, özünüzə dönün.

Selcan

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close