Manşet

Müxalifətin İlham Əliyevə sualı var: “HANI ÖLKƏNİN SƏHİYYƏ NAZİRİ?”

reklam...

“Beşinci kolonu” müxalifət içində yox, iqtidarın içində axtarmaq lazımdır”, deyə Müsavat Partiyasının başqanı Arif Hacılı İlham Əliyevin müxalifətin ölkədə sabitliyi pozmaq üçün koronavirusla bağlı yaranmış vəziyyətdən istifadə etdiyi barədə bəyanatını şərh edərkən bildirib.

“Bütün dünya liderləri koronavirusla bağlı çıxışlarında cəmiyyətin təşkilatlandırılması üçün pozitiv mesajlar verməyə çalışırlar. Təəssüf ki, İlham Əliyev öz çıxışında yenə barmaq silkələdi və yenə daxili düşmənlərdən danışdı.

Azərbaycanda beşinci kolonun fəaliyyəti var. Beşinci kolona aid olan çox şəxslər hakimiyyətin yüksək eşelonlarında təmsil olunurlar. Xüsusilə Azərbaycanda Rusiyanın maraqlarını təmsil edən bir çox şəxslərdən söhbət gedir. Onların bəziləri yüksək vəzifələrdən kənarlaşdırılsalar da, yenə də İranın və Rusiyanın mənafeyini ifadə edən, Azərbaycan mənafeyinə uyğun olmayan fəaliyyətlə məşğul olurlar. Onların kimliyini İlham Əliyev çox yaxşı bilir. Bu halda demokratik müxalifətə irad tutmaq üçün heç bir əsas yoxdur”, deyə Hacılı bildirib.

“Dövlət strukturlarının fəaliyyətsizliyi narahatlıq doğurur. Məsələn, ictimaiyyət bilmir ki, bu ölkədə səhiyyə naziri var ya yox. O haradadır? Problemləri müxalifətdə yox, hakimiyyətin daxilində axtarmaq lazımdır”, deyə Hacılı qeyd edib.

Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi də Əliyevin bəyanatını tənqid edərək, müxalifətin ünvanına ittihamların əsassız olduğunu qeyd edib.

Biz xalqı iğtişaşa uymamağa, panikaya getməməyə çağırırıq. Bunda pis nə var? Sadəcə olaraq hakimiyyət müxalifətçiləri təcrid etmək üçün fürsətdən istifadə etmək istəyir”, deyə Seymur Həzi bildirib

turan

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close