Manşet

ONA ÇATDIRARAM Kİ, SİZİ AXTARIRLAR – Oqtay Şirəliyevin müavini

Dünyanı bürümüş koronavirusu Azərbaycanda da öz fəsadlarını göstərir. Bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahdan yaranmış vəziyyətə dair açıqlamalar olsa da ölkənin səhiyyə nazirindən xəbər yoxdur. Belə ki, sosial şəbəkələrdə bununla bağlı haqlı sual ünvanlayan vətəndaşlar Oqtay Şirəliyevin görünməməsini tənqid edir, başqa ölkələrin nazirlərinin fəaliyyətini nümunə kimi göstərirlər? Bəs görəsən, Azərbaycanın səhiyyə naziri haradadır və nə işlə məşğuldur?

“SAVAŞ” xəbər verir ki, Səhiyyə Nazirinin müavini Nigar Əliyeva bildirib ki, Oqtay Şirəliyev hər gün işə çıxır : “Cənab nazirimiz hər gün işə çıxır. Mövcud vəziyyətə görə gərgin iş rejimində çalışır. Özünün media qarşısına çıxmamasına gəlincə, sizin bu fikrinizi ona çatdıraram”.  /Gununsesiaz.info

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close