Manşet

Mənsimov məhbəsdən yeni müraciət yaydı: “ƏRDOĞAN MƏNƏ DEDİ Kİ…”

reklam...

Türkiyədə həbs olunan Azərbaycan əsilli milyarder, “Palmali” Şirkətlət Qrupunun prezidenti məhbəsdən yeni müraciət yayıb.

“SAVAŞ” xəbər verir ki, FETÖ ilə heç bir əlaqəsinin olmadığını vurğulayan Mənsimov eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla aralarında yaşananları yenidən xatırladıb:

“Rəcəb Tayyib Ərdoğanın bəlkə də olanlardan xəbəri yoxdur. Mən hər zaman onu dünyada ən ədalətli və düzgün başqan, qardaş bildim. Sırf onun tövsiyyəsinə görə, 2015-də şirkətlərimi Türkiyəyə köçürtdüm. 2019-cu ildən xaricdə haradasa heç bir şirkətim qalmadı. 2016-cı ildə hər kəs Türkiyədən qaçarkən Türkiyə məmləkətimə valyuta daxil olsun deyə, xarici şirkətlərdəki pulları Türkiyəyə gətirdim. Çünki mənim üçün cənab Rəcəb Tayyib Ərdoğanın söylədikləri əmrdir. 2013-ci ildə cənab Rəcəb Tayyip Ərdoğan mənə “Maltada nə işin var Mübariz, şirkətlərini Türkiyəyə daşı” dedi.

Türk oğlunun vətəninə xeyir verməsi lazım” çağırışını bir komandirin əmri kimi yerinə yetirməyə başladım. Bununla da yetinməyib cənab Rəcəb Tayyip Ərdoğanın 2005-ci ildə “Mübariz, nədən Türkiyə vətəndaşı deyilsən” deyəndə İsveçrə vətəndaşlığından imtina edib Türkiyə vətəndaşlığını seçdim. Əcəba, yanlışmı etdim? İllərlə Türkiyənin hüquq dövləti olduğuna inandım və hər zaman hüquq yolunu seçdim. “Mübariz, bunu sənə necə etdilər Türkiyədə” deyə özümdən soruşuram. Ürəyim sinəmdən çıxmaq üzrədir və buna cavab tapa bilmirəm. İnanmıram, bura Türkiyədirmi?

Bu baş verənlər Türkiyədəmi olur? Düşünürəm ki, bu qədər asanmı bir insanın haqqını əzib keçmək, təəssüf ki, bir cavab tapa bilmirəm. Anladığım qədərilə məni sifariş edənlər insanlardan oğurladıqları pullarla çox böyük pullar ödəyiblər. Bu saatdan sonra heç təəccüblənmərəm kamerada nüvə silahı tapsalar…

Türkiyə ədalətinə səslənirəm. Bu saatdan sonra halal pul qazanmış iş adamları gəlib Türkiyəyə investisiya qoyarmı? Avropa vətəndaşlığından çıxıb Türkiyə vətəndaşlığını alarmı? Amma mən sizə sizdən fərqli olduğumu sübut edəcəm. Özümü Allaha təslim edib ölüm aclığını sonuna qədər davam etdirəcəyəm. Siz məni bu qəfəsdə tuta bilməzsiniz. Allahın izni ilə qısa zamanda Allahın əmri və hökmü ilə yolumun sonuna çataram.

Siz zavallılarda nə ürək, nə vicdan, nə qeyrət olduğunu çox insan görür. Mənim sevdam və dualarım, sadəcə, şərəfli haqq yolunu seçən insanlaradır. Və son olaraq, türk dünyasının gəlmiş və keçmiş ən böyük liderlərindən olan ulu öndər Atatürkün bir sözünü söyləmək istəyirəm. Məni görmək mütləq üzümü görmək demək deyil, fikirlərimi, duyğularımı anlasanız, hiss etsəniz kifayətdir. Hamınızın önündə baş əyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm. Allaha əmanət olun, halal yaşayın” – M.Mənsimov qeyd edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close