Manşet

Azərbaycanda son bir gündə 64 nəfərdə koronavirus aşkarlanıb – RƏSMİ

reklam...

Azərbaycan Respublikasında son bir gündə yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

“SAVAŞ” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən məlumat verir.

Məlumata görə, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmiş, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Bütün bunları nəzərə alaraq və infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close