Manşet

Hansı rayonda koronavirusa neçə nəfər yoluxub? – AZƏRBAYCAN ÜZRƏ STATİSTİKA

Azərbaycanda koronavirus xəstələrinin bölgələr üzrə dəqiq təsnifatı yayımlanıb. 

“SAVAŞ”  koronavirusinfo.az-a istinadən xəbər verir ki, pandemiyaya yoluxanlar ümumi xəstələrdən 149-u Bakı şəhərində qeydə alınıb.  

Paytaxt rayonları üzrə ən çox xəstə Yasamal(27), Binəqədi (23), Nəsimi (23), Nərimanovun (19) payına düşür. Abşerondan xəstələrinin sayı 9, Sumqayıtda isə 6-ya bərabərdir. 

Bakının digər rayonları üzrə göstəricilər belədir: 

Xətai rayonu – 13,  Səbail rayonu- 10, Qaradağ rayonu – 9, Sabunçu rayonu – 7, Suraxanı rayonu – 5, Pirallahı – 2, Xəzər rayonu – 3, Nizami rayonu – 2 

Qeyri-müəyyən – 6 

Əyalətlərdə isə ən çox xəstə Lənkəranda (18) və Cəlilabaddadır (15). 98 nəfər koronavirusa yoluxan şəxs isə ölkə xaricindən gələnlərdir.  

Digər bölgələr üzrə göstəricilər belədir: 

Salyan – 12, Qusar – 9, Tovuz – 5, Neftçala – 4, Astara – 3, Naftalan – 3, Daşkəsən – 3, Füzuli – 3, Xaçmaz – 3, Zaqatala – 3, Ucar – 3, Ağdam – 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar – 1. 

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close