Manşet

Polis İlkin Rüstəmzadəni niyə axtarır – ÖZÜ DANIŞDI

İctimai fəal İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bildirib. Belə ki, aprelin 7-də Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları onun qeydiyyatda olduğu mənzilə gələrək doğmalarından onun yerini soruşublar.

“Evdən cavab veriblər ki, İlkin köçüb. Polislər  bunun qanunsuz olduğnu deyərək məni karantin qaydalarının pozduğumu bildiriblər. Halbuki, mən yeni evə aprelin 2-də köçmüşəm”, – İ.Rüstəmzadə Turan-a bildirib. 

İ.Rüstəmzadə deyib ki, polisin onu axtardığının səbəbi bir neçə gün əvvəl tərtib etdiyi petisiyada ola bilər. “Mən koronavirus və onunla bağlı tətbiq edilmiş karantin rejiminə görə petisiya yaymışam. Petisiyada karantin dövründə dövlətin vətəndaşlara 300 manat sosial müavinət verməsi, kommunal və bank ödəmələrinin dayandırılması nəzərdə tuturdu”, – o bildirib.

Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, məsələ ilə bağlı məlumatı yoxdur. 

DİN mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. 

Xatırladaq ki, İlkin Rüstəmzadə keçmiş siyasi məhbusdur. Kütləvi iğtişaşların təşkili ilə bağlı saxta ittihamlarla 6 il həbsxanada olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close