Manşet

Epidemiya günlərində Qarabağda “ildırım sürətli” müharibə… – MÜMKÜNDÜRMÜ?

“Dünyanın başı indi özünə qarışsa da, elə məsələlər var ki, bu super güclər üçün olmazsa olmaz məsələsidir. Dünya siyasətini idarə edən böyük güclər indi daha ayıq sayıqdır, prosesləri daha ciddi nəzarətdə saxlayırlar.”.

Bu sözləri dünya güclərinin diqqətinin koronavirusla mübarizəyə qarışdığı bir zamanda Azərbaycanın Dağlıq Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaması çağırışlarına münasibət bildirərkən politoloq Nəzakət Məmmədova deyib.

Həmsöhbətimizin fikrincə, belə çağırışlar primitiv yanaşmadır: “Virusun Dağlıq Qarabağda yayılması barədə rəsmi məlumatlar yoxdur. Rəsmi məlumatlara görə, burada ancaq bir nəfər yoluxub. Digər tərəfdən, hətta Qarabağda virus tüğyan etsəydi də belə, Azərbaycan hərbi əməliyyatlara başlasa dünya ölkəmizi ikiqat qınayacaq ki, orada virus olduğu, insanlar xəstəlikdən əziyyət çəkdiyi bir zamanda Bakı humanizm prinsiplərini pozaraq hücum edir. Ona görə də virus pandemiyasından istifadə edib, hərbi əməliyyatlara başlamaq çağırışları çox primitiv yanaşmadır. Virus oldu olmadı, torpaqlarımızı azad etməliyik”.

sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close