Manşet

Afaq Bəşirqızı rayonluları təhqir etməsinə haqq qazandırdı: “DÜZ DEMİŞƏM…”

reklam...

Xalq artisti Afaq Bəşirqızının “Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar” ifadəsi səs küyə səbəb olub. 

Onun bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb, sənətçi tənqid atəşinə tutulub.

“SAVAŞ” xəbər verir ki, aktrisa onu tənqid edənlərə cavab verib:

“Əvvəla o cümləm kontekstdən çıxarılıb. O tamamilə başqa bir müsahibə idi. Həmin müsahibədə mənim yaradıcılığımdan söhbət gedirdi, tamaşanın təhlilindən danışırdım, bu mövzu ətrafında müsahibəm davam edirdi. Bunlar arada verilən suallar idi və mən o sualların hamısına düzgün cavab vermişəm. 

Siz özünüz də daxilinizdə bilirsiniz ki, mən düzgün demişəm. Mənim üçün fikirlərimə yazılan şərhlər heç maraqlı deyil və oxumuram. Həmin yazı qərəzli şəkildə verilib. Millətin belə çılğın, əsəbi vəziyyətində bu yazını yayıblar.  Yazırlar ki, Afaq Bəşirqızı deyir ki, “podyezlərdə” doğur. Siz həmin müsahibənin bütöv versiyasına baxın, görün orada “podyezdə” doğmaq söhbəti olub?! Başlığa belə şeylər yazırlar. 

Mən demişəm ki, insanlar cavan evlənirlər, gəlirlər “novostroyka”nın zirzəmisində uşaq əkirlər, o da olur şikəst. Sonra da düşürlər verilişlərin canına ki, bu uşağı müalicə etməyə yardım edin. Yalan demişəm?! Düzgün danışmışam mən. Bu dəqiqə millətin ən qlobal dərdi budur. Şəhər kəndə qarışıb, kənd də şəhərə. Əvvəla  Afaq vətən, millət dərdi çəkəndə, elə insanlar, hansı ki, mən onları heç insan da adlandırmaq istəmirəm, onlar harada gizlənmişdilər bilinmirdi! Deyirlər, məni tənqid edirlər, tək balamın canı üçün o şərhləri heç oxumamışam. Amma qulağıma gəlib çatıb. Elə o şərhləri yazanlar haqqında danışmışam mən ona görə onlara belə təsir edir”. 

Xatırladaq ki, müsahibədə “Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük”. –deyə  A.Bəşirqızı  bildirmişdi.

yenisabah.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close