Manşet

ÜST koronavirusla bağlı ümidlərin üstündən xətt çəkdi: “AZI BİR İL…”

Koronavirus pandemiyasının nə qədər davam edəcəyini heç kim bilmir. Amma yeni virus ortaya çıxanda dünyanı nə qədər tez dolaşırsa, insanlarda o qədər immunitet yaradır.

“SAVAŞ” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı yeni tətbiq olunan REACT-C19 layihəsinin təqdimatında deyib.

Harmancı bildirib ki, virusun yaranma səbəbləri hələlik bəlli deyil. “Amma şəxsi mülahizələrimə görə təxmini olaraq 1 il müddətinə bu virus gündəmdən çıxmayacaq. Tədricən, zamanla problem öz həllini tapa bilər. Lakin bu o demək deyil ki, 1 il boyunca evdən çıxmaq olmaz”, -ÜST nümayəndəsi əlavə edib. Harmanci qeyd edib ki, virus bu gün həm isti, həm də soyuq ölkələrdə yayılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close