Manşet

Sərnişinləri 50 manata rayonlardan Bakıya kimlər və necə daşıyır? – AÇIQLAMA

“Yaranmış vəziyyətdə rayondan Bakıya gələn taksilərdə qiymətlərin həddən artıq qaldırılması təbii proses  olmaqla yanaşı, həm də bir sıra məqamlarda sui-istifadə halları kimi dəyərləndirilməlidir”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında rayonlardan Bakıya bir nəfərin taksilərlə fantastik qiymətə – 50 manata gətirilməsi iddialarına münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, bu qiymət artımı karantin rejimində kimlərinsə sui-istifadəsi ilə bağlıdır:

“Belə iddiaları mən də eşitmişəm. Rayondan əhalinin taksilərlə Bakıya gətirilməsinin 50 manata qaldırılması birmənalı olaraq karantin rejiminin tətbiqilə bağlıdır. Rayonlardan əhalinin paytaxta gəlməsinə icazə verilmir. Bu səbəbdən də marşurut avtobusları, Bakıdan kənara gedən qatarlar işləmir. Taksi sürücülərinə də məhdudiyyət var. Ancaq fərqlənmə nişanı olan taksilər işləyə bilər. Görünür, yaranmış vəziyyətdən kimlərsə sui-istifadə edib gediş qiymətini qaldırır. Hər zaman hansısa bir məhdudiyyət yarananda qiymətləri belə qaldırmağa başlayırlar.  Yaxşı olardı ki, taksi sürücüləri müəyyən çətinliyi nəzərə alıb qiymətləri insafla qaldırardılar. Nəzarət orqanları isə imkan daxilində tədbir görməlidir ki, belə sui-istifadə halları olmasın”.

Ekspert burada başqa incəliklərin olduğunu da söylədi: “Polis əməkdaşları pandemiya səbəbilə həmin sürücülərdən tələb edir ki, avtomobilə iki nəfərdən artıq sərnişin almasınlar. Belə vəziyyətdə əvvəllər 4 sərnişinlə bir reys edən sürücü indi cəmi iki sərnişin gətirir. Bu müstəvidə vaxt itkisi və az sərnişin götürülməsi tələbi fonunda qiymətin qaldırılması təbiidir”

“Bizə aid deyil”

Bunu isə sayta açıqlamasında BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirdi: “Onunla bağlı nə deyə bilərik ki? Fərdi sahibkarlıqla məşğul olan şəxsin qiymətqoyma məsələsinə müdaxilə edə bilmərik. Bu səlahiyyətimizə aid məsələ deyil”.

Elçin

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close