Manşet

Akif Çovdarovun düşmənçilik etdiyi bazarın sahibini güdüb, bıçaqladılar…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb. 

“SAVAŞ” xəbər verir ki, hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib. Qara maskalı şəxslər “Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan 1972-ci il təvəllüdlü Cəfər Səfərova hücum edib. İlkin məlumatlara görə, Cəfər Səfərova hücum edən şəxslər 2 nəfər olub, polis artıq onların izinə düşüb.

Cəfər Səfərov iş adamıdır, 2005-ci ilə qədər xalq arasında “Vosmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının sahiblərindən olub. Onun adı ölkə mətbuatının gündəminə “MTN işi” üzərindən gəlib. 

“Yeni Müsavat” yazır ki, Cəfər Səfərov və qardaşları 8-ci kilometr bazarının sahibləri olublar. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində məlum əməliyyat tədbiri keçiriləndən sonra Cəfər Səfərov və qardaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə üz tutublar.

Onlar 2020-ci il ləğv olunan MTN-in sabiq idarə rəisi, məlum olaylarla bağlı həbs edilən və aprelin 6-da əfv olunan Akif Çovdarov və Eldar Mahmudovun müavini Hilal Əsədovdan şikayət ediblər. Sonradan Akif Çovdarova elan olunmuş epizodlardan 2-si məhz 8-ci kilometr ərazisində fəaliyyət göstərən “Maraq-Veqa” şirkətinə məxsus topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədar idi. Bu bazar 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə Səfərov qardaşlarından alınıb.

Cəfər Səfərovun Akif Çovdarov əfvlə azadlığa çıxandan 25 gün sonra bıçaqlanması yenidən diqqəti sabiq generala yönəldib.

Cəfər Səfərovun maskalılar tərəfindən bıçaqlanmasında Akif Çovdarovun rolu ola biləcəyini ehtimal edənlər az deyil.

Bundan başqa, Səfərov qardaşları Akif Çovdarov həbsdə olarkən ona qarşı ifadə verməklə yanaşı, məhkəməsində də çıxış ediblər. Onlara qarşı cinayətlər üzrə Akif Çovdarovun əleyhinə ifadələr veriblər.

Bakı Hərbi Məhkəməsinin hökmündən də şikayətçilər sırasında ən ardıcıl olanları da Səfərov qardaşlarıdır. Onların iddiaları əsasında hazırda da Akif Çovdarovun yaxınları ilə 8-ci kilometr bazarı ilə bağlı məhkəmə davası aparılır.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı bıçaq xəsarətləri alan Cəfər Səfərova telefon açıb. Lakin Cəfər Səfərov zəngləri cavabsız qoyub. Məlumata görə, hazırda onun sağlıq durumu qənaətbəxşdir. Cinayətin kim tərəfindən törədilməsi, sifariş olub-olmaması aydınlaşdırılır.

Oxu.az saytı yazıb ki, canilər iş adamı Cəfər Səfərovun avtomobilinə əyləşərək, onun sol ayağını bıçaqla yaralayıb və üzərində gəzdirdiyi pulları onlara verməsini tələb ediblər. C.Səfərovun üzərində olan 10 min ABŞ dolları məbləğində (17 min manat) pulu ələ keçirən şəxslər dərhal hadisə yerini tərk ediblər. Hadisənin soyğunçuluq faktı olması şübhə altındadır. Məlum olub ki, hücuma məruz qalan vaxt C.Səfərovun üzərində, şikayət ərizəsində qeyd etdiyi kimi, 10 min dollar yox (17 min manat), 47 min manat olub. Əgər bu, soyğunçuluq olsaydı, cinayətkarlar bütün pulları ələ keçirərdilər. Sayt yazır ki, maskalı şəxslər C.Səfərovu izləmək üçün təyin olunublar.

İş adamının güdülməsinin kim tərəfindən sifariş edilməsi bilinmir. Eyni zamanda, C.Səfərovu izləmək haqda göstəriş verən şəxs və onun məqsədi aydın deyil. Bəzi məlumatlara görə, iş adamının izlənməsinin sifarişçisi bir qadındır. Hüquq-mühafizə orqanlarından oxu.az-da deyiblər ki, məsələ qaranlıqdır, lakin biz ona aydınlıq gətirəcəyik…

Hüquq-mühafizə orqanlarının əməkdaşları istisna etmir ki, hadisə C.Səfərovun iş fəaliyyəti ilə əlaqədardır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close