Manşet

İran yanlışlıqla öz gəmisini vurdu: 19 ölü, 15 yaralı

İran Hərbi Dəniz Qüvvələrinin təlimində azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 

Bu barədə İran Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

***

İran donanması Hörmüz boğazı yaxınlığında həyata keçirilən təlim zamanı öz hərbi gəmisini vurub. 

“SAVAŞ” xəbər verir ki, İran İnqilab Keşikçilərinə aid “Jamaran” adlı gəmi təlim zamanı vaxtından əvvəl raket atıb. Yarı rəsmi xəbər agentliyi “Fars”, hadisə nəticəsində “Konarak” gəminin batdığını və bir neçə nəfərin öldüyünü açıqlayıb. İran İnqilab Keşikçilərinə aid “Cevan” qəzetinin müxbiri Vahid Hacıpur isə hadisədə ən az 40 nəfərin öldüyünü vurğulayıb. 

Xatırladaq ki, yanvar ayında İran İnqilab Keşikçiləri ABŞ-la münasibətlərin gərgin olduğu bir zamanda Tehran yaxınlığında Ukrayna gəmisini səhvən vurmuş, nəticədə isə 176 nəfər ölmüşdü. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close