Manşet

“Bu virus həyatımızda həmişəlik qala bilər” – ÜST-dən qorxunc açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Yardım departamentinin rəhbəri Mayk Rayan koronavirusu nəzarətə götürməyin qeyr-mümkünlüyünü açıqlayıb.

“HaberGlobal” xəbər verir ki, o, bu barədə təşkilatın videokonfrans şəklində keçirdiyi toplantısında deyib.

Mayk Rayan xəstəliyin nə zaman bitəcəyini heç kimin təxmin etmədiyini qeyd edib:

“Bu, insanın ilk dəfə yoluxduğu yeni virusdur. Buna görə də, virusu nə zaman nəzarətə alacağımızı təxmin etmək çox müşkül məsələdir. Bu virus həyatımızda həmişəlik qala bilər”.

ÜST-ün baş alimi Soumya Svaminathan isə koronavirusu nəzarətə götürmək üçün 4-5 il lazım olduğunu deyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close