Manşet

AzTV-də maaşları 5 faiz kəsdilər – İşçilər etiraz edir

Dünyada və ölkəmizdə yayılmış məlum koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş xüsusi karantin rejimində ölkə başçısı cənab Prezidentin məlum sərəncamında göstərildiyi kimi yaşı 65 dən yuxarı olan vətəndaşların işə gəlib getmələri qadağan olunsa da onların əmək haqqı tam ödənilməlidir.

AzToday.az-a daxil olan məlumata görə, ölkə başçısının bu sərəncamı AzTV-də icra olunmur. Verilən məlumata görə, 18.05.2020-ci ildə AzTV əməkdaşları əmək haqqlarını alarkən beş faiz kəsildiyinin şahidi olublar. Aztv-də bir qrup yaşı 65 dən yuxarı olan əməkdaşların isə ümumiyyətlə əmək haqqı yazılmayıb. Əməkdaşlar bunun səbəbini soruşanda “sədr Rövşən Məmmədovun göstərişidir” deyə vurğulayıblar.

Aldığımız daha bir məlumatda isə bildirilir ki, əmək haqqının kəsilməsi Rövşən Məmmədova yaxın kadrlara şamil olunmayıb.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close