Manşet

Koronavirusa görə polis nəzarətinə alınan “Qaraçılar məhəlləsi”ndə SON DURUM

reklam...

Yevlax rayonunun “Qaraçılar məhəlləsi” adlanan ərazisində 53 nəfərin koronavirusa yoluxması və bu səbəbdən adıçəkilən məhəlləyə giriş-çıxışın bağlanması böyük rezonans doğurub. Yerli medianın yazdığına görə, görülən təhlükəsizlik tədbirləri yerli qaraçıların etirazına səbəb olub, onların polis əməkdaşları ilə qarşıdurmaya getmələri haqda da məlumatlar dolaşır.

Mövzunun aktuallığını nəzərə alaraq Sfera.az Yevlax rayonunun “Qaraçılar məhəlləsi”ndəki son durumu öyrənməyə çalışıb.

Əməkdaşımızın sorğusuna cavab olaraq Yevlax RİH-dən bildirilib ki, onlarda son durumla bağlı təfərrüatlı məlumat yoxdur.

Yevlax Rayon İcra Hakimiyyətinin adını açıqlamadığı əməkdaşı bunları deyib: “Qaraçılar məhəlləsi” deyilən ərazidə yoluxma halının indiki vəziyyəti barədə informasiyaları ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahdan alırıq. Rayon İcra Hakimiyyətində isə bununla bağlı rəsmi məlumat yoxdur ki, sizləri də məlumatlandıraq.  Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyiniz daha yaxşıdır.  Yevlax İcra Hakimiyyəti isə bu ərazidə heç bir nəzarət həyata keçirmir”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaynar xətlərinə zəng etsək də xəttin o biri tərəfindən cavab verən tapılmadı.

DİN-lə əlaqə saxlasaq da təəssüf ki, bu qurumdan da  zənglərə cavab verən olmadı.

Elçin

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close