Manşet

On yaşlı Nərmini öldürdüyü deyilən İlkin məhkəmədə belə qarşılandı: “ARXANDAYIQ…”

Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi başlayıb.

Savash.org-un məlumatına görə, prosesə gətirilən İlkin Süleymanovu məhkəmə binasının qarşısında yaxınları qarşılayıb. Onlar İlkinə xitabən “Heç nədən narahat olma, ölənə qədər arxandayıq” şüarları səsləndiriblər.

Məlumat üçün bildirək ki, bir qədər öncə İlkin Süleymanovun vəkilləri onun qeyd-şərtsiz günahsız olduğunu bəyan ediblər. Belə ki, təqsirləndirilən şəxsin vəkil Murtuzəli Abbasov deyib ki, müdafiə etdiyi şəxsin cinayətlə əlaqəsi yoxdur, yəni təqsirləndirilən şəxsin etirafı istintaq tərəfindən təzyiq altında alınıb.

“Təbii ki, istintaqla razılaşmırıq, ancaq istintaqın məxfiliyinin açıqlanmaması haqqında akt imzaladığımız üçün təfərrüatları açıqlaya bilmərik” – deyə vəkil bildirib.

Xatırladaq ki, N.Quliyeva 21 noyabr 2019-cu ildə qonşuluqda təşkil olunan toy şənliyi zamanı yoxa çıxmışdı. Bu ilin yanvarın 6-da onun öldürüldüyü və yaşadığı evin yaxınlığında yandırıldığı məlum oldu. İ.Süleymanov qızın meyiti haqqında qonşulara və polisə məlumat verən ilk şəxs olmuşdu. Daha sonra o həmin cinayətdə şübhəli bilindi və iki maddə – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 (qəsdən adam öldürmə) və 145 (qanunsuz həbs) ilə ittiham edildi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close