Manşet

Bakıda xəstəxanalar boşaldıldı – VİRUSLU XƏSTƏLƏR HƏDSİZ ÇOXDUR – RƏSMİ

“Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı”.

Savash.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bunun digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə biləcəyini bildirib:

“Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000-8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur”.  /Report

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close