Manşet

Deputat toylarla bağlı yeni format təklif etdi: 15 nəfərlik şənlik

“Nikah bağlamalı, toyu 10-15 nəfərlik ailə üzvü ilə keçirməlidirlər”.

Bu sözləri  karantinlə əlaqədar  mövcud olan toy qadağasının götürülməsi və yuxarısı 50 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsinə icazə verilməsi məsələsinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib: “

“İndi koronavirus  ölkəmizdə güclənməyə başlayıb.  İkinci dalğa gəlir. Ona görə də toy şənliklərinə icazə verilməsilə bağlı tövsiyyə verə bilmərəm.  Amma 10-15 nəfərlik ailə üzvü ilə toy tədbirinin keçirilməsi daha məqsədəuyğundur.  Vətəndaş situasiyanı nəzərə alıb, yeni ailənin qurulması yolunda çalışmalarını belə gerçəkləşdirə bilər.  Nikah bağlamalı, toyu da 10-15 nəfərlik ailə üzvü ilə keçirməlidir.”

“Məsələ dəqiqliklə araşdırıldığı,  müəyyən qaydaların tətbiqinə zəmanət veriləcəyi təqdirdə toy şənliklərinə icazə verilə  bilər”. 

Bunu isə sayta açıqlamasında ictimai xadim  Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, keçirilən toylar açıq havada olmalıdır: “Son zamanlar bir sıra ölkələrdə olduğu kimi, açıq havada keçirilən toy məclislərinin şahidi oluruq.  Ancaq əsasən toy məclislərimiz qapalı məkanlarda baş tutur.  Toy  məclislərinin keçirilməsilə bağlı ilk növbədə özümüz üçün qaydaları müəyyən etməliyik.  Qaydalar da hansısa şərtlər əsasında olmalıdır.  Kim zəmanət verə bilər ki, toyda olan 50 adam rəqs edəndə sosial məsafəni gözləyəcək?  Toylar barədə danışırıqsa, pandemiyanın tüğyan etdiyi bir şəraitdə  istənilən halda aydiyyatı qurumlar prosesi təhlil etməli, ssenarini elə qurmalıdırlar ki, dediyimiz təhlükələr olmasın. Yəni bütün şərtlərə uyğun olaraq qaydalar müəyyən olunmalıdır. 

Məsələ dəqiqliklə araşdırıldığı,  müəyyən qaydaların tətbiqinə zəmanət veriləcəyi təqdirdə, düşünürəm ki, toy şənliklərinin icazəsi mümkün  ola bilər”. 

Elçin

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close