Manşet

Abşeron icra hakimiyyətində xüsusi əməliyyat – Baş Prokurorluq təsdiqlədi

Baş Prokurorluğun Mətbuat xidmətindən virtualaz.org-a Abşeron Rayon İcra Hakimiyyətinin binasında aparılan xüsusi əməliyyat barədə məlumatı təsdiqləyiblər.

Mətbuat xidmətindən o da bildirilib ki, əməliyyatın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

***12:13

Bu dəqiqələrdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH)  binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilir.

RİH əməkdaşlarının verdikləri məlumata görə, əməliyyat zamanı İcra Hakimiyyətinin bir sıra yüksək vəzifəli məmurları saxlanılıblar.

Aldığımız son məlumata görə, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları keçirirlər.

Təfərrüatlar barədə məlumat daha sonra açıqlanacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close