Manşet

Bu vətəndaşlara 190 manat düşürmü? – Çoxlarını düşündürən suala CAVAB

“Mövcud qaydalara görə, 190 manatlıq yardım başqa yerdə qeydiyyatda olub, sərt karantin rejiminin tətbiq olunduğu ərazilərdə yaşayan işsiz vətəndaşlara şamil olunmur. Amma həmin məbləğ bu kateqoriyadan olanlara da verilməlidir”.

Bu sözləri sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə qeydiyaytda olan işsiz vətəndaşlara 190 manat yardımın verilməsi fonunda, həmin ərazilərdə yaşayan, amma başqa yerdə qeydiyyatda olanlara da bu vəsaitin düşüb-düşmədiyi məsələsinə aydınlıq gətirərkənMilli Məclisin deputatı Fazil Mustafa deyib:

“Ümumiyyətlə, nə qədər imkansız olan vətəndaş varsa, onlara vəsait verilməlidir. Özü də 190 manat deyil, daha yüksək vəsait nəzərdə tutulmalıdr. Bu məbləğin minimum 300-400 manat aralığında təyin olunmasının tərəfdarıyam. Çünki, vətəndaşın 190 manatla evində qapanması ağır prosesdir”.

Deputat düşünür ki, insanları evdə oturmağa sövq etmək üçün onlara pul xərcləmək lazımdır:

“Evdə oturmalı olan, işləməyən hər bir vətəndaşa pul, özü də normal səviyyədə pul verilməlidir ki, heç bir bəhanə etmədən evdə otursun.İnsanların eləsi var ki, məsələn, Masallıda qeydiyyatdadır, Sumqayıtda, ya Gəncədə işləyir. Evinə çörək apara bilmir, Sumqayıtdakı işi müvəqqəti də olsa dayanıbsa, o nə etməlidir? Bu vətəndaşları müəyyən mənada təmin etmək lazımdır ki, sabah rahat deyə bilək ki, evində otur. Vətəndaşı maddi cəhətdən təmin etdikdə artırılan cərimələrin də məntiqi olar. Yəni, bu olmadan cərimələrin artırılmasının effekti olmayacaq”.

Elçin

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close