Manşet

AzTv əməkdaşının ölümündən qabaqkı statusu TƏBİB-i hərəkətə keçirdi: “ARAŞDIRIRIQ…”

Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nemətzadə koronavirusdan dünyasını dəyişib. 

Savash.org xəbər verir ki, S.Nemətzadə ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.

Bundan başqa, həmin səsyazısında Samirin səsindən əlavə, fonda digər pasiyentlərin də öskürək, boğulma, qışqırıq səsləri eşidilir. 

Məlumata görə, S. Nemətzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Unikal.org-a açıqlamasında bununla bağlı araşdırmaların getdiyini bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close