Manşet

“Heç nədən xəbərim yoxdur, kənddəyəm…” – Ölkənin baş epidemioloqu

Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.

“SAVAŞ” xəbər verir ki, unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.

İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən xəbərim yoxdur. Kənddəyəm. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close