Manşet

DTX-nın həbs etdiyi məmurlar – Bazar sahibi, butulka aludəçiliyi, müğənni atası

Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs edilən Konsulluq idarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurpaşa Abdullayev  bir neçə il əvvəl  avtoxuliqanlıqla gündəmə gələn Nicat Abdullayevin atasıdır. 

“SAVAŞ” xəbər verir ki, Nicat Abdullayev 2016-cı ildə  “Kia” markalı avtomobillə avtoxuliqanlıq etmiş və yalnız yol polisi əməkdaşlarının yaratdığı süni tıxac sayəsində zərərsizləşdirilib. O, həmin ilin mayında Nərimanov rayon məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib. 

2017-ci ildə isə Nicat Abdullayev qonşularının şikayətilə gündəmə gəlib.  Yaşadığı Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinləri iddia ediblər ki,  o, eyvandan həyətə şüşə butulkalar, qablar atır. Nəticədə həm bina sakinləri, həm də onların avtomobilləri üçün ciddi təhlükə yaranır. Onun atdığı butulka və qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb.

Qonşular bu barədə dəfələrlə Nicatın atası, XİN-in şöbə müdiri Nurpaşa Abdullayevə müraciət etsələr, o, oğlunun qanunsuz əməllərinin qarşısını ala bilməyib. 

Hətta əraziyə polis də çağırılıb. Nicat Abdullayevə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşlarının gedişindən cəmi bir neçə saat sonra yenə butulkalar atmağa başlayıb. 

O, eyni əmələ görə bir dəfə cəza da alıb. Mediada gedən xəbərlər görə, o, 2017-ci ildə dünyasını dəyişib.

Nurpaşa Abdullayevin XİN-də şöbə müdiri olmaqla yanaşı həm də Bakının 3-cü mikrorayonundakı bazarın sahiblərindən biri olması iddia edilir.

DTX-nin həbs etdiyi digər XİN rəsmisi Fərhad Mollazadə isə Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadənin əmisi oğludur. O, həm də 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının (AMİ) vitse-prezidenti, 2007-ci ildən isə AMİ İdarə Heyətinin katibidir.  Ölkə başçısı İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar memarı” fəxri adına layiq görülüb.

DTX-nın saxladığı üçüncü şəxs, XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri işləyən Səlim Əlizadə isə mərhum energetika naziri Natiq Əliyevin qudasıdır. Səlim Əlizadə müğənni Safura Əlizadənin atasıdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close