Manşet

Baş epidemioloq kənddən qayıtdı və…İSTEFA VERDİ

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

“SAVAŞ” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib:

“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Savash.org xatırladır ki, bir qədər öncə İbadulla Ağayevin qalmaqala səbəb olmuş səs yazısı yayılmışdı. Jurnalistin Azərbaycandakı epidemioloji vəziyyətlə bağlı sualına cavab verən İ.Ağayev kənddə olduğunu və pandemiya ilə bağlı xəbərləri izləmədiyini demişdi.

Baş epidemoloq kənddən qayıdan kimi həmin jurnalisti məhkəməyə verəcəyi ilə hədələmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close