Manşet

Nazirlik etiraf etdi – Baş epidemioloqa maaş verilmirmiş

Səhiyyə Nazirliyi Azərbaycanın baş epidemioloqu İbadulla Ağayevin vəzifədən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

“SAVAŞ” xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Baş epidemioloq İbadulla Ağayev öz ərizəsi əsasında vəzifəsindən azad edilib:

“İ.Ağayev Səhiyyə Nazirliyində ictimai əsaslarla çalışırdı. İşdən azad olunması üçün ərizə yazıb. Öz istəyinə uyğun olaraq, tutduğu vəzifəsindən azad olunub. Hələlik həkimin yerinə heç bir təyinat yoxdur”.

Xatırladaq ki, İbadulla Ağayev açıqlamasında bunları demişdi: “1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close