Manşet

Dini Komitədən şübhəli tenderlərlə bağlı anlaşılmaz açıqlama: “Hələlik…”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin may ayında keçirdiyi müəmmalı tender əməliyyatları ilə bağlı ilginc sənədlər yayılıb. Məlumata görə, 5 tender keçirilib və 5 şirkətə 896.000 manat paylanılıb.

Maraqlıdır ki, tenderlərin hamısı may ayında baş tutub, hətta dördü eyni gündə reallaşıb. Tenderi udan şirkətlərin əsasən eyni gündə yaranması və ikisinin eyni ünvanda yerləşmələri də keçirilən proseslə bağlı müəyyən şübhələrin yaranmasına səbəb olub.

Sfera.az ittihamlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən rəsmi mövqe öyrənməyə çalışıb.

Amma qurumun mətbuat xidmətindən məsələyə münasibət bildirilməsini istəsək də, oradan bildirdilər ki, hələ yayılan məlumatlarla bağlı cavab hazırlamaqla məşğuldurlar:

“Cavab hazır olan kimi mətbuata məlumat veriləcək”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close