Manşet

Operativ Qərargahın qərarı Naxçıvanda niyə keçərli deyil? – TƏZAD

Məlum olduğu kimi, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Artıq dərslər elə bu qaydada da bərpa edilib. Amma nədənsə Operativ Qərargahın məlum qərarı Naxçıvan Muxtar Respublikasında keçərli deyil.

“SAVAŞ”-ın əldə etdiyi məlumata görə, muxtar respublikada sentyabrın 15-dən etibarən bütün yaş qruplar üzrə dərslər keçirilməyə başlayıb. Qaydalara görə isə bu tarixdən yalnız  I-IV siniflərdə dərs prosesinə start verilməli, daha böyük siniflərdə isə məşğələlər yuxarıda təqdim etdiyimiz qrafik üzrə reallaşmalıydı.

Maraqlıdır, ölkənin digər ərazilərində keçərli olan bu qaydaya Naxçıvan Muxtar Respublikasında hansı səbəbdən əməl olunmur?

Məsələ ilə bağlı müvafiq orqanların mövqeyini öyrənməyə və işıqlandırmağa çalışacağıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close