Manşet

2500 manatlıq maaşla 10 milyonluq villa?- Kəmaləddin Qafarova çətin sual

“Deputat Kəmaləddin Qafarov ölkənin ən böyük biznes oliqarxlarından biridir.  Onun millət vəkili olmasına kim qərar verib, nəyə lazımdır,  bunu hələ də anlamıram”.

Bu sözləri  Milli Məclisin deputatı Kəmaləddin Qafarovun qanunsuz biznes sahələrinə nəzarət etməsi və parlamentdəki fəaliyyəti barədə danışarkən Fərqli Vətəndaş  Hərəkatının sədri Günel Səfərova  deyib:

“Kəmaləddin Qafarovun  Milli Məclisin iclaslarında hansısa təkliflə çıxış etdiyinin şahidi olmamışam.   Bəlkə də ola bilsin,  üzvü olduğu parlamentin Səhiyyə Komitəsinin iclaslarında müəyyən təkliflərlə çıxış edib.  Amma COVİD pandemiyası dövründə səhiyyə və sağlamlıqla bağlı məsələlərdə  təmsil etdiyi  sahənin nümayəndəsi olaraq onun da prosesdə töhfəsi olmalı idi.  Amma bunu da görmədik”. 

Həmsöhbətimiz K. Qafarovun təmsil etdiyi Binəqədi ərazisində  aztəminatlı əhali üçün ərzaq yardımı etdiyinə də toxunub:

“Bu barədə seçicilər mənə məlumat verib.  Ancaq bilirik ki,  deputatın əsas işi bundan ibarət deyil.  Maskaların tapılmayan vaxtı heç olmasa həmin təmsil etdiyi ərazidə pulsuz maska paylaya bilərdi.  Bu dövrdə özünə məxsus apteklərdə  koronavirusla bağlı olan və qiymətləri kəllə-çarxa çıxan dərmanların qiymətini heç olmasa tənzimləyib aşağı sala bilərdi. Eşitmişəm ki, Binəqədi ərazisində yaşayan ankoloji xəstələrdən bəzilərini pulsuz müalicə etdirib”.

Günel Səfərova bildirdi ki, vəzifəli şəxslərin, deputatların bizneslə məşğul olması əslində qanuna ziddir.  Amma görünən odur ki, bu qanunlar bəzi digər vəzifəlilər kimi, Kəmaləddin Qafarova da aid deyil:

“Azərbaycanda dövlət satınalmaları və tenderləri  bərbad vəziyyətdə keçirilir.  Hətta Gürcüstanda  belə bu proses elektron formada keçirilir.  Azərbaycanda isə bu yoxdur.  Ölkəmizdə tenderlər və satınalmalar, onların necə keçirilməsi ilə bağlı məlumatlar əlçatan deyil.  “Azəri-Med” MMC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.

Bundan başqa bildiyimə görə, o Milli Onkologiya Mərkəzində müavin vəzifəsində qalmaqda davam edir. Həmçinin “Zəfəran” və “Elit” apteklər şəbəkəsi ona məxsusdur.  Onun hətta xaricdə də biznesi var. Təəssüf ki, “Gəlir Bəyannaməsi” qəbul edilmədiyindən bu kimi deputatlar, vəzifəli şəxslər də prosesdən sui-istifadə edərək yararlanırlar.

Bu ölkədə ən ciddi problem korrupsiya və yüksək vəzifəli şəxslərin biznesi monopoliyaya almasındadır.  Burada alim olmağa ehtiyac yoxdur. Sadə bir suala cavab vermək lazımdır. 2500 manat məbləğində maaş alan insan 10 milyonluq villada necə yaşaya bilər? 

Elçin

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close