Manşet

Azərbaycan Ordusu bu kəndlərimizi işğaldan azad etdi – ŞAD XƏBƏR

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirib. 

“SAVAŞ” xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edir.

Brifinqdə bəyan edilib ki, Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndlərimizi işğaldan azad edib.

İşğaldan azad edilmiş kəndlərimiz bunlardır: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Rüzgar kəndləri.

 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close