Manşet

Xocalı soyqırımını törədənlər bir-bir məhv edilir – SİYAHI

Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda apardığı hərbi əməliyyatlar uğurla davam edir.

“SAVAŞ” xəbər verir ki, Milli Ordumuzun əks hücumları zamanı Xocalı soyqırımının iştirakçısı olmuş və hərbi əməliyyatlar başlayandan sonra ön xəttə gələn bir qrup erməni hərbçisi məhv edilib.

Ermənistan tərəfdən öldüyü təsdiqlənən bu hərbçilərin Xocalı soyqırımının iştirakçısı olmaları üzə çıxıb. Belə ki, Torosyan Radik Papinoviç, Qriqoryan Xaçak Formikoviç, Mayılyan Rubik Hovannisoviç, Badoyan Nver Artaşeviç, Melkonyan Serob Məlikoviç, Matevosyan Lernik Martikoviç, Petrosyan Abet Vrejeviç, Poğosyan Arşavir Aşotoviç, Mnoyan Muşeq Lavrentoviç, Qriqoryan Qaqik Fridonoviç, Sirekanyan Qaqik Vaanoviç, Karapetyan Edo Armenoviç, Becanyan Samvel Borikoviç, Asatryan Simon Geqamoviç, Arakelyan Norayr Vladimiroviç 1992-ci ildə Azərbaycan xalqına qətliamlar həyata keçirilərkən işğalçı Ermənistan ordusunda müxtəlif postları tutublar.

Qeyd edək ki, Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımıdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycan xalqına qarşı bu soyqırımının bütün iştirakçı və təşkilatçıları hələ tam cəzalarını almayıblar. Xocalı soyqırımının əsas təşkilatçıları Zori Balayan, Arkadi Qukasyan, Seyran Ohanyan, Robert Koçaryan, Serj Sarkisyan kimi quldurbaşıları olublar. Məhz onların bu soyqırımında birbaşa iştirakı nəticəsində azyaşlı uşaqlar, qadınlar və ahıl şəxslər qətlə yetirilmişdi. / BAKU.WS 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close