Manşet

Aslan Aslanovun qardaşları hədəfdə: Aslanovlar xanədanı çökdürülür – TƏFƏRRÜAT

reklam...

Aslan Aslanovun qardaşları hədəfdə: Aslanovlar xanədanı çökdürülür - TƏFƏRRÜATŞəmkirin sabiq icra başçısı, kənd təsərrüafatı nazirinin keçmiş müavini, adı qalmaqallı “Lamiyə olayı”nda hallandırılan Aslan Aslanova qarşı yeni plan işə salınıb.

Bununla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, “Lamiyə olayı”na qədər tutduğu vəzifədən uzaqlaşdırılan Aslan Aslanov bütün ölkəni silkələyən həmin hadisələrdən sonra tamamilə zərərsizləşdirilib.

Belə ki, Aslan Aslanovun oğlunu qətlə yetirmiş Lamiyə Quliyeva məhkəmə qərarı ilə azadlığa buraxılıb və bu bir növ Aslan Aslanova göz dağı vermək mahiyyəti daşıyır. Mənbənin sözlərinə görə, hakimiyyətdəki əsas dayağı və kirvəsi, sabiq müdafiə naziri Səfər Əbiyev “vurulduqdan” sonra Aslan Aslanova qarşı həyata keçirilən “zərərsizləşdimə tədbirləri” artıq məntiqi sonluğuna yaxınlaşır və hazırda da vəzifə tutan qardaşları Əziz və Elsevər Aslanovların cəzalandırılması ilə yekunlaşacaq: “Lamiyə işindən sonra Aslan Aslanov tamamilə küncə sıxışdırılıb, oğlunun qatilinin azadlığa buraxılması isə onun nə qədər aciz duruma düşdüyünü, zəiflədiyini göstərdi. İndi isə proses onun vəzifədə olan qardaşlarının cəzalandırılması ilə müşaiyyət olunacaq. Böyük ehtimalla, vəzifəli məmurlar olan qardaşları işdən qovacaqlar…”

Daxil olan məlumata görə, Daşkəsən rayonunun polis rəisi olan Elsevər Aslanov və Gəncə şəhər Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin sədr müavini Əziz Aslanov tutduqları vəzifələrdən alınacaqlar. Hadisələrin gedişatından asılı olaraq onlar haqda hüquqi tədbirlərin görüləcəyi də istisna olunmur. Bununla da Aslanovlar xanədanının tamamilə çökdürülməsi işi yekunlaşmış olacaq.

Məlumat üçün bildirək ki, Aslan Aslanov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olarkən də bir çox cinayət əməlləri törətmiş, lakin Səfər Əbiyevin timsalında qüdrətli himayəçisi olması səbəbindən o zaman məsuliyyətdən yayına bilmişdi. Bu məmur o qədər harınlamışdı ki, hətta Şəmkirdəki böyük bir kəndin adını dəyişdirərək, oraya atasının adını vermişdi.

Onun Müdafiə Nazirliyi sistemində qurulan mafiyanın başına gətirilməsi də Səfər Əbiyevin planı idi. S. Əbiyev gizli rüşvət işlərində, korrupsiya əməllərinin bir qismini həyata keçirtməkdə və orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin talan edilməsində ən etibarlı adamı kimi A. Aslanovdan maksimum istifadə edib. Bu səbəbdən də, Aslan və onun bütün çevrəsi böyük sərmayə toplaya, öz şəbəkələrini qura biliblər.

İndi isə nə Səfər Əbiyev nazirdir, nə də Aslan Aslanov əvvəlki kimi qüdət sahibidir. Elə bu səbəbdən də heç özünü qorumaq iqtidarında olmayan Aslıanovun qardaşlarını qoruya biləcəyi inandırıcı görünmür.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close