Manşet

Şirkət İlham Əliyevi məhkəməyə verdi: Azərbaycanda analoqu olmayan olayın təfərrüatları…

Şirkət İlham Əliyevi məhkəməyə verdi: Azərbaycanda analoqu olmayan olayın təfərrüatları...Azərbaycanda nadir sayılacaq hadisə baş verib.

Strateq.az xəbər verir ki, \”Ulduz-Elektron” MMC-nin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi məhkəməyə verib. Bunun səbəbi isə Prezidentə vurulan teleqrama cavab alınmaması göstərilir.

Məlumata görə, MMC rəhbərliyi teleqrama cavab verilməsi vəzifəsinin prezidentin üzərinə qoyulması məqsədiylə məhkəməyə üz tutub. Artıq işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin iddia təmin olunmayıb:

«Birinci instansiya məhkəməsinin qərardadından isə Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub. Bu şikayət sözügedən məhkəmədə hakim Kəmalə Abiyevanın sədrlik etdiyi məhkəmə heyətinin icraatına verilib. Hakim Kəmalə Abiyeva isə aprelin 1-nə iclas saatı təyin edib».

Strateq.az-ın əldə etdiyi məlumata görə, MMC rəhbərliyinin teleqramı Dövlət Gömrük Komitəsi və bu komitənin Astara Gömrük İdarəsində üzləşdiyi problemdən bəhs edir. Belə ki, MMC rəhbərliyi bu idarədə üzləşdiyi problemlərlə bağlı aylardır mübarizə aparır və bu səbəbdən Prezidentə teleqram vurulub. Məlumata görə, \”Ulduz-Elektron” MMC ilə Gömrük Komitəsi və bu komitənin adıçəkilən idarəsi arasında məhkəmə çəkişmələri də var. Həmin çəkişməyə fevral ayının 17-də Ali Məhkəmənin hakimi İlqar Hüseynov baxıb və şikayətə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması haqda qərar qəbul edib».

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close