Manşet

Eldar Əzizov yanğından \”sağ çıxa biləcəkmi\”: İcra başçısı izi necə azdırmaq istədi?

Eldar Əzizov yanğından "sağ çıxa biləcəkmi": İcra başçısı izi necə azdırmaq istədi?Dünən axşam saatlarında Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında güclü yanğının baş verməsi haqda məlumat vermişdik. Məlumat üçün bildirək ki, şəhərin Bayraq Meydanında çıxan yanğın zamanı mərhum dövlət başçısı Heydər Əliyevin fotosunun və ona məxsus fikrin yer aldığı tağ yanmışdı.

Məsələnin maraqlı cəhəti isə yanğın xəbərinin ardından əksər xəbər portallarında guya Sumqayıtdakı \”Karvan\” Ticarət Mərkəzinin yanması haqda məlumatlar yayılmağa başladı. Sonra isə bəlli oldu ki, \”Karvan\” Ticarət Mərkəzində heç bir yanğın olmayıb. Hətta Fövqəladə Hallar Nazirliyi xüsusi açıqlama isə çıxış edərək \”Karvan\”ın yanmadığını rəsmi şəkildə təsdiqlədi. Maraqlıdır, bəs belə olan halda Sumqayıtdakı yanğının əsl ünvanının gizlədilməsi hansı məqsədlərə xidmət edirdi? İcra Hakimiyyətinin qarşısında çıxan yanğını mətbuata \”Karvan\” yanır\” formasında təqdim edərək ictimai rəyi azdırmaq kimin marağında ola bilərdi?

Bununla bağlı Savash.org-un əldə etdiyi məlumatlarda çox ilginc məqamlara işıq salınır. Qaynağımızın sözlərinə görə, Bayraq Meydanında çıxan yanğın xəbəri icra başçısı Eldar Əzizova çatdırıldıqdan sonra o belə bir tapşırıq verib ki, informasiyanın mətbuata çıxmasının qarşısı bütün mümkün vasitələrlə alınsın. Amma informasiyanın artıq sosial şəbəkələr vasitəsilə yayıldığını görən Sumqayıtın \”başbilənlər\”i çıxış yolunu mətbuata ziddiyyətli məlumatlar sızdırmaqda görüblər. Elə \”Karvan\” Ticarət Mərkəzinin yanması haqda xəbərlər də bundan sonra tirajlanmağa başlayıb. Burada əsl məqsəd ictimai fikri Heydər Əliyevin yanmış və ya yandırılmış plakatından yayındırmaq olub.

İndi isə məsələnin digər tərəflərinə nəzər salaq. Xatirə tağı yanıb yoxsa yandırılıb? Hələlik bununla bağlı qəti nəsə söyləmək mümkün deyil. Çox güman ki, müvafiq orqanlar baş verən arzuolunmaz olayla bağlı araşdırma aparır və bu araşdırmanın yekununda əsl həqiqətlər üzə çıxacaq. İndilik isə yalnız müxtəlif fərziyyələr var, gəlin onlara nəzər salaq.

Sumqayıtdakı yanğınla bağlı hadisə şahidlərindən bəziləri bildiriblər ki, xatirə tağı 2-3 nəfər tərəfindən yandırılıb və onlar polis gələnə qədər aradan çıxa biliblər. Digər bir məlumata görə isə həmin tağ tezalışan poliureatandan hazırlanıbmış və sırf təsadüf nəticəsində alışıb. Amma səbəbin nə olmasından asılı olmayaraq baş verənlərə görə cəzaların olacağı şübhəsizdir. Əgər tağı kimlərsə yandırıb aradan çıxa bilirsə (həm də düz Sumqayıt Şəhər İcra hakimiyyətinin qarşısında -Savash.org) o zaman polis nəyə nəzarət edir? Yox, yanğın tezalışan poliureatan səbəbindən alışıbsa, o zaman həmin material Bakıdakı faciəvi yanğından sonra niyə dəyişdirilməyib?

Göründüyü kimi, istənilən halda icra başçısı Eldar Əzizov dünən Sumqayıtda baş vermiş yanğından \”salamat çıxa bilməyəcək\”. Yanğın qurbanlarının daha çox ola biləcəyi də istisna olunmur. Mövzuya qayıdacağıq.

Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close