Manşet

Oliqarx-məmurlar Bakının antiAvropa təbliğatına qarşı: “Bəs, Qərbdəki pullarımız necə olacaq…”

Oliqarx-məmurlar Bakının antiAvropa təbliğatına qarşı: “Bəs, Qərbdəki pullarımız necə olacaq...”Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi məlum qətnamədən sonra tərəflər arasında “əsəb savaşı” müşahidə olunmaqdadır.

Savash.org xatırladır ki, sözügedən qətnamədə Azərbaycanda repressiyaların miqyasının artdığı, həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin sayının çoxaldığı bildirilir. Onların dərhal və heç bir şərtsiz azad olunmasına çağırış yer alır. Sənəd həmçinin Avropa Komissiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
Rəsmi Bakının Avropa Parlamentinin qətnaməsində Milli Məclisin qəbul etdiyi sərt sənədlə cavab verməsi isə güzəştə yerin olmadığını isbatladı. Azərbaycan tərəfi nəinki geri çəkilmək, müdafiə olunmaq və özünü doğrultmaq haqda düşünmədi, əksinə Avropanı “öz silahıyla vurmaq” taktikası seçdi. MM-in qəbul etdiyi sənəddə göstərildi ki, zərurət yaranacağı halda Avropa siyasilərinin ölkəmizə girişi belə yasaqlana bilər.
Əslində isə Bakının belə bir qərarı yerinə yetirəcəyi inandırıcı deyil, bu sadəcə olaraq əsəb təzahürü idi. Digər tərəfdən isə bu Bakının özü üçün gözlənilməz nəticələr verə bilər ki, bunu Azərbaycan hakimiyyətində də anlamamış deyillər. Amma Avropanın sözügedən qətnamədə eyham vurduğu kimi azərbaycanlı məmurlara viza qadağası tətbiq olunarsa bunun ciddi fəsadları yarana bilər.
Məlumat üçün bildirək ki, anolıoji qadağa bir sıra dövlətin rəsmilərinə tətbiq olunub və bu onlara heç də ucuz başa gəlməyib. Bu baxımdan yalnız Belorusiyanın prezidenti də daxil olmaqla digər məmurlara qoyulan qadağanı xatırlatmaq kifayətdir.
Amma Azərbaycan məmurlarına tətbiq olunacaq viza qadağası Belorusiyadan fərqli olaraq ölkəmiz üçün şok effekti təsiri göstərə bilər. Belorusiyadan fərqli olaraq Azərbaycanın biznes, pul və iqtisadi əlaqələri daha çox Avropa ölkələriylədir. Eyni zamanda Azərbaycan məmurları on illərdir topladıqları böyük kapitalları məhz Avropa banklarında saxlayır, onların hər birinin ayrı-ayrı Avropa dövlətlərində çoxsaylı evləri və ticarət obyektləri var. İndi özünüz düşünün, azərbaycanlı məmurların Avropaya girişinə qadağa qoyularsa nə baş verər?
Bununla bağlı Savash.org-a sızan məlumatlıara görə, Avropa Parlamentinin Azərbaycan hakimiyyətinə sanksiyaları nəzərdə tutan qətnaməsi iqtidar daxilində ciddi təlaş yaradıb. Daxil olan məlumatda deyilir ki, hakimiyyət daxilində bu qətnaməyə görə Avropa strukturlarına aqressiv reaksiya verilməsi, hətta Avropa ilə əməkdaşlığın kəsilməsini istəyənlərlə yanaşı əks mövqedə olanlar da var və bunlar əsasən Avropa ölkələrilə ciddi biznes əlaqələrində olan güclü oliqarxlardır. Onlar narahatlıq keçirirlər ki, münasibətlərin belə bir şəkil alması onların Avropadakı böyük kapitalları üçün ciddi təhlükə törədir.
Əldə etdiyimiz məlumata görə, Avropaya münasibət baxımından hazırda Azərbaycan hakimiyyəti faktiki olaraq iki yerə bölünüb. Birinci kateqoriyaya daxil olanlar əsasən böyük kapital sahibnləri deyil, onlar ələ düşən bu fürsətdən istifadə edərək hakim komandada yerlərini möhkəmləndirmək istəyən məcarapərəstlərdir. Eyni zamanda Azərbaycan hakimiyyətinin Rusiya qanadı da məhz bu qrupa daxildir.
İkinci qrupa isə əsasən oturuşmuş azərbaycan məmurları daxildir ki, onları siyasətdən daha çox iqtisadiyyat maraqlandırır. Onları Avropayla bağlayan ciddi biznes səbəbləri var və başç verənlərdən ciddi şəkildə narahatdırlar. İndilik onlar antiavropa təbliğatına qarşı açıq şəkildə gedə bilməsələr də yaxın günlərdə mövqelərini açıq şəkildə ifadə edəcəkləri gözlənilir.
Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close