Manşet-2

“BNA Tarif Şurasınının səlahiyyətlərinə qarışır” – Ekspertdən özbaşına qiymət artımına etiraz

“BNA Tarif Şurasınının səlahiyyətlərinə qarışır” – Ekspertdən özbaşına qiymət artımına etiraz
“Belə vəziyyətin yaranmasının kökündə prosesə nəzarət mexanizmlərinin kifayət qədər zəif olması dayanır”.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) 125 saylı marşurutda özbaşına olaraq gediş haqqını 35 qəpikdən 40 qəpiyə qaldırması və bununla da Tarif Şurasının səlahiyyətlərini mənimsəməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Nəzarət mexanizminin işləməməsi nəticəsində bu kimi dövlət orqanları da özbaşına qərarlar verə bilirlər. Bunun ziyanı və zərərini isə vətəndaş çəkir. Tarif Şurasının tənzimlədiyi və onun səlahiyyətində olan məsələlərlə bağlı digər qurumların qərar verməsi qanuna zidd haldır. Nəqliyyatda gediş haqqı qiymətlərinin artırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyi özbaşına qərar verə bilməz. Bu birbaşa qanun pozuntusudur. Heç bir dövlət orqanının bunu özbaşına etməyə ixtiyarı yoxdur”.

Nəzarət mexanizminin zəif olması isə həmsöhbətimizə görə, prosesdə müxtəlif maraq qruplarının olmasından qaynaqlanır: “Nəqliyyat sahəsinə nəzarət edən məmurlar, onların maraq qrupları nəzarət mexanizmlərinin işləməsinə maneəçilik törədir, prosesi özlərinə sərf edən şəklə yönəldirlər. Ona görə də belə bir özbaşınalıqla qarşılaşırıq”.

Elçin
Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close