Maraqlı

Ulduzlar yanvarın 5-nə nə vəd edir? – FAL

Ulduzlar yanvarın 5-nə nə vəd edir? - FAL
Qoç – əhəmiyyətli və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Mühüm məsələlərin çözümünü, önəmli qərarların qəbul olunmasını təxirə salın. Cari işlərlə məşğul olun, pozitiv emosiyalar almağa çalışın.

Buğa – yeni tanışlıqlar, prioriet və məqsədlərin dəyişməsi istisna deyil. Bu gün başlayan münasibətlər sürətlə inkişaf edəcək.

Əkizlər – maliyyə çətinlikləri yaşana bilər. Alış-veriş zamanı bədxərclik etməyin. Uzunmüddətli səyahətə və ya səfərə yollanmaq məsləhət deyil.

Xərçəng – yaxşı gündür. Problemlərin sayı azdır və siz onların öhdəsindən gələ biləcəksiniz. İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşün. Onlarda xoş təəssürat yaradacaqsınız.

Şir – potensial iş yerinin sahibi və sifarişçi ilə görüş uğurlu alınacaq. Yaxınlarınızdan biri yaxşı məsləhət verəcək. Ev işləri və ailə qayğılarını qulaqardına vurmayın.

Qız – yaşlı qohumlar sizi dinləməyə hazırdır. Alış-veriş üçün yaxşı gündür.

Tərəzi – asan qələbələr günüdür. Şəraitin uğurlu məcrasından yararlanaraq gərəkli anda gərəkli yerdə olun. Sizə yardım edəcək insanları tapın.

Əqrəb – bu gün yaranan ideyalar pis deyil. Onlar gərəkli formada reallaşarsa, sizi irəli apara bilər.

Oxatan – yeni tanışlıqlar və romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaradın. İmicdə dəyişikliklər etmək olar. İstənilən tədbirdə diqqət mərkəzində olmağa çalışın.

Oğlaq – irəliləyin, kiçik problemlər və maneələrə rəğmən, məqsədlərə doğru hərəkət edin. Potensial tərəfdaşla görüş, planların müzakirəsi və peşəkar fəaliyyət müstəvisindəki hədəflərin müzakirəsi üçün əlverişli zamandır.

Dolça – sövdələşmə və anlaşmalar uğurlu olacaq. Səfər və səyahətlər yaxşı nəticə vəd edir.

Balıqlar – yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Lakin bütün bunlar ciddi münaqişəyə səbəb olmayacaq. Sözlərinizdə sərt, aqressiv olmayın. Hissləriniz barədə açıq danışın.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close